AZ

Yer kürəsində yaxın günlərdə maqnit qasırğaları gözlənilir

Beynəlxalq proqnozlara əsasən, 8 maydan etibarən Yer kürəsində zəif maqnit qasırğaları (G1 səviyyəsi) müşahidə oluna bilər.

Day.Az xəbər verir ki, bunun səbəbi Günəşdə baş verən yüksək sürətli plazma axınları və koronal kütlə atılmalarıdır.

Mütəxəssislər bildirirlər ki, bu cür geomaqnit aktivliklər bəzi insanlarda baş ağrısı, yorğunluq, təzyiq dəyişkənliyi və yuxu pozuntuları yarada bilər. Xüsusilə meteohəssas insanlar və ürək-damar xəstəlikləri olan şəxslər daha çox təsirlənir.

Həkimlər bu dövrdə ağır fiziki yüklənmədən uzaq durmağı, daha çox istirahət etməyi, su qəbulunu artırmağı və stressdən qaçmağı tövsiyə edirlər. Simptomlar güclü olarsa, tibbi yardım almaq məsləhət görülür.

Seçilən
105
day.az

1Mənbələr