AZ

ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...



ABŞ Müharibə Nazirliyi (Pentaqon) "uçan naməlum obyektlər" (UFO) və "uçan naməlum hava hadisələri" (UAP) ilə bağlı yeni sənədlərin ictimaiyyət üçün açıqlandığını elan edib.

Pentaqonun X sosial media hesabındakı paylaşımında, ABŞ prezidenti Donald Trampın göstərişinə uyğun olaraq, "Naməlum Hava Fenomenləri" (UAP) ilə əlaqəli hökumət sənədlərinin müəyyən edilməsi və məxfiliyinin qaldırılması üçün prosesə başlanıldığı bildirilib. Açıqlamada prosesin Pentaqon, Ağ Ev, Milli Kəşfiyyat Direktorunun Ofisi (ODNI), Energetika Departamenti, NASA və Federal Təhqiqat Bürosu (FBI) rəhbərliyi ilə davam etdirildiyi bildirilir.

Qeyd edilir ki, burada arxivləşdirilmiş materiallar təsdiqlənməmiş işlərdir, yəni hökumət müşahidə olunan bu hadisələrin mahiyyəti barədə qəti qərar verə bilmir. Bu kifayət qədər məlumatın olmaması da daxil olmaqla, müxtəlif səbəblərdən qaynaqlanır.

Məxfilikdən çıxarılmış fayllara heç bir təhlükəsizlik icazəsi tələb olunmadan "WAR.GOV/UFO" veb saytı vasitəsilə daxil olmaq mümkündür. Qeyd olunur ki, proseslə bağlı əlavə sənədlər Pentaqon tərəfindən tədricən dərc olunacaq. Nazirliyin veb saytında dərc olunmuş 162 sənəddən ibarət ilk seriyaya istintaq qeydləri, şahid ifadələri və ictimaiyyətə açıq hesabatlar daxildir.

Tahir TAĞIYEV

Seçilən
47
baki-xeber.com

1Mənbələr