ABŞ-da aparılan genişmiqyaslı araşdırmaya görə, müntəzəm gündüz yuxusu xüsusilə yaşlı insanlarda ölüm riskinin artması ilə əlaqələndirilə bilər.
Day.Az xəbər verir ki, tədqiqat 56 yaşdan yuxarı 1338 nəfər üzərində 19 il ərzində aparılıb.
Alimlər müəyyən ediblər ki, gündüz yuxusunun hər əlavə saatı ölüm riskini təxminən 13% artırır, tez-tez yatmaq isə riski daha da yüksəldir. Eyni zamanda, gündüz yuxusu ürək-damar xəstəlikləri və sinir sistemi problemləri ilə də əlaqələndirilir.
Mütəxəssislər isə bildirirlər ki, bu nəticə səbəb-nəticə əlaqəsi deyil, daha çox sağlamlıq problemlərinin gündüz yuxusuna səbəb ola biləcəyi ehtimalını göstərir. Onların fikrincə, gündüz yorğunluğu diabet, ürək xəstəlikləri və digər xroniki xəstəliklərin əlaməti ola bilər.