AZ

“Bavariya” heyətini belçikalı yarımmüdafiəçi ilə gücləndirmək istəyir

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bavariya” “Atalanta” və Belçika millisinin yarımmüdafiəçisi Şarl De Ketelaere ilə müqavilə imzalamağı planlaşdırır.

İdman.Biz bildirir ki, bu barədə jurnalist Saşa Tavoyeri X sosial media səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, Münhen klubunun rəhbərliyi belçikalı yarımmüdafiəçinin transferini ciddi şəkildə nəzərdən keçirir. Qeyd olunur ki, oyunçu ilə şərtlərin razılaşdırılması problem olmayacaq. Klublar yaxın həftələrdə mümkün müqaviləni müzakirə edəcəklər.

Bu mövsüm 39 matçda De Ketelaere beş qol vurub və yeddi məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 35 milyon avrodur.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
icma.az

2Mənbələr