AZ

Cəlal 90 dəqiqə mübarizə apardı, komandası...

Futbol üzrə Bolqarıstan çempionatında 33-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" qonaq qismində Plovdiv "Lokomotiv"i ilə üz-üzə gəlib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Start "11-lik"də yer alan Hüseynov sonadək mübarizə aparıb. O, 88-ci dəqiqədə sarı vərəqə alıb.

Hazırda 45 xalı olan "Arda" turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub.

Toğrul

Seçilən
3
fanat.az

1Mənbələr