AZ

XİN: Azərbaycan xalqı İkinci Dünya müharibəsində fədakarlıq göstərib

“Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə xalqımızı təbrik edirik. Azərbaycan xalqı İkinci Dünya müharibəsində böyük fədakarlıq göstərib, ön və arxa cəbhədə faşizm üzərində qələbəyə mühüm töhfə verib”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin faşizm üzərində qələbənin ildönümü münasibətilə sosial şəbəkə hesabında paylaşımında deyilir.

“Müharibə zamanı həyatını itirən həmvətənlərimizin əziz xatirəsini dərin ehtiramla anır, veteranlarımıza möhkəm cansağlığı və firavanlıq arzulayırıq”, XİN-dən bildirilib.

"Cebheinfo.az"

Seçilən
18
9
cebheinfo.az

10Mənbələr