AZ

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrənin növbəti partiyası yola salınıb - YENİLƏNİB

Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı yola salınıb.

Bu barədə Musavat.com-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Bu gün Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndəriləcək.

Bu barədə Musavat.com-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2 955 ton "Aİ-95" benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Seçilən
2
49
musavat.com

10Mənbələr