AZ

Putin Qırmızı meydanda- Bu mesajları verəcək

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qələbə bayramının 81-ci ildönümü münasibətilə keçirilən hərbi paradda iştirak etmək üçün Qırmızı meydana gəlib.

Musavat.com xəbər verir ki, Rusiya dövlət mediası dövlət başçısının artıq tribundakı yerini aldığını və mərasimin rəsmən başladığını bildirir. Builki parad xüsusilə gərgin beynəlxalq vəziyyət və Ukrayna ilə davam edən müharibə fonunda bütün dünyanın diqqət mərkəzindədir. Məlumata görə, Putin paradda ənənəvi çıxışını edərək Rusiyanın hazırkı hərbi-siyasi kursu və qlobal təhlükəsizlik məsələləri barədə mühüm mesajlar verəcək.

Qırmızı meydanda minlərlə hərbçi və yüzlərlə hərbi texnika nümayiş olunmaq üçün tam hazır vəziyyətə gətirilib. Xarici ekspertlər bu çıxışın Qərb ölkələrinə və regiondakı müttəfiqlərə hansı siqnalları ötürəcəyini yaxından izləyirlər. Hazırda meydanda paradın açılış mərasimi keçirilir və Rusiya bayrağı ilə Qələbə bayrağı hərbçilərin müşayiəti ilə əraziyə gətirilib.

Qeyd edək ki, paradda bəzi xarici ölkə liderləri də fəxri qonaq qismində iştirak edirlər. Vladimir Putinin gəlişi ilə eyni vaxtda Moskvada və Rusiyanın digər böyük şəhərlərində təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

Musavat.com

Seçilən
18
8
musavat.com

10Mənbələr