AZ

ABŞ Sakit okeanda daha bir qayığı vurdu: Ölənlər var

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ ordusu Sakit okeanın şərqində narkotik maddə daşıdığı iddia edilən bir qayığın vurulduğunu və 2 nəfərin öldürüldüyünü bildirib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM) sosial media hesabındakı paylaşımında Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı etdiyindən şübhələnilən bir qayığa qarşı əməliyyat keçirildiyi qeyd edilib.

Hücum nəticəsində qayıqdakı 2 nəfərin öldürüldüyü bildirilən açıqlamada, ABŞ Sahil Mühafizəsinin sağ qalan bir nəfər üçün axtarış-xilas etmə işlərinə başladığı duyurulub.

Paylaşımda hücum anına dair görüntülər də yer alıb. ABŞ ordusunun son vaxtlar narkotik qaçaqmalçılığı iddiası ilə Karib dənizi və Sakit okeandakı bəzi qayıqlara hücumlar təşkil etməsi və içindəkiləri birbaşa hədəf alması beynəlxalq ictimaiyyətdə "məhkəməsiz edam" müzakirələrinə yol açır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
cebheinfo.az

2Mənbələr