Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Bağ evindən oğurlanan vəsait Etibar Məmmədova yox, oğlu Orxan Məmmədova məxsus olub. Oğrunun bağışlanmağına gəlincə isə, zərər çəkən tərəf uzun illərə dayanan münasibətə və etimada əsaslanaraq onu bağışlayıb”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Məmmədovlar ailəsinin vəkili Bəhruz Bayramov deyib.
Vəkil bildirib ki, mətbuatda həmin vəsaitin Etibar Məmmədova məxsus olduğu ilə bağlı yayılan iddialar yanlışdır.
Orxan Məmmədovun özü sahibkarlıqla məşğuldur, iş adamıdır və pul da məhz özünə məxsus olub.
Xatırladaq ki, Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib.
Hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib.
Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üçmərtəbəli evdən 19 min ABŞ dolları (32 300 manat) oğurlanıb.
Mətbuatda daha çox o pulların AMİP sədri Etibar Məmmədova məxsus olduğu deyilirdi.
Məlum olub ki, oğurluğu bağ evində ailəsi ilə birlikdə yaşayan bağban Ramil Əbülhəsənovun oğlu Əli Əbülhəsənli törədib.
İş üzrə Etibar Məmmədovun oğlu Orxan Məmmədov zərərçəkmiş qismində tanınıb.
Elmar
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.