AZ

ADSEA əməkdaşları "Heydər zirvəsi"nə yürüş ediblər - FOTO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də öz növbəsində Ulu Öndərin xatirəsinə həsr olunan tədbirlərin təşkilində fəal iştirak edir.

Agentlikdən APA-ya verilən məlumata görə, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Agentliyin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ADSEA-nın bir qrup əməkdaşı Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə yürüş həyata keçirib.

Yürüş dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəyə qalxmaqla yekunlaşıb.

Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefi ziyarət olunaraq, onun əziz xatirəsi ehtiramla yad edilib.

Ağır hava şəraitinə və mürəkkəb relyefə baxmayaraq, yürüş iştirakçıları qarşıya qoyulan məqsədə uğurla nail olub, Ümummilli Liderin ideyalarına sədaqət və dövlətçiliyimizə bağlılıqlarını nümayiş etdiriblər.

ADSEA ADSEA ADSEA
Seçilən
57
21
apa.az

10Mənbələr