AZ

Ronaldonun oğlu Avropa klublarının hədəfindədir

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun oğlu Junior Kriştiano karyerasını Avropada davam etdirə bilər.

"Yeni Sabah" The Sun-a istinadla xəbər verir ki, onunla qitənin  bir neçə klubu maraqlanır.

Gənc futbolçu Portuqaliyanın "Sportinq" və ya Almaniyanın "Borussiya" (Dortmund) klublarına keçə bilər. 

Junior Kriştianu hazırda "Əl-Nəsr"in aşağı yaş qruplarından ibarət komandasında oynayır. Səudiyyə Ərəbistanı təmsilçisi Junioru yeni mövsümdə əsas komandaya dəvət etmək istəyir.

"Cebheinfo.az"

Seçilən
12
4
cebheinfo.az

5Mənbələr