AZ

Ermənistandan "iki stul" siyasəti-Alen Simonyandan Rusiyanın Gümrü bazası ilə bağlı aqressiv cavab

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin xarici siyasət kursu və Rusiyanın Gümrüdəki hərbi bazasının taleyi ilə bağlı kifayət qədər ziddiyyətli və sərt açıqlamalar verib.

Musavat.com xəbər verir ki, "DW"-yə (Rus dilində) müsahibə verən Simonyan Rusiya hərbçilərinin Ermənistandan çıxarılması barədə sualı aqressiv şəkildə cavablandıraraq, İrəvanın "iki stulda oturmaq" niyyətində olduğuna işarə edib.

Spiker qeyd edib ki, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıq naminə "ya hamı, ya heç nə" prinsipi ilə hərəkət etməməlidir. Onun sözlərinə görə, rəsmi İrəvan uzunmüddətli münasibətləri olan ölkələrlə (Rusiyanı nəzərdə tutur - red.) əlaqələri tamamilə pozmaq niyyətində deyil.

Simonyanın bu çıxışı son vaxtlar Ermənistan rəhbərliyinin Qərbə meyilli ritorikası fonunda "geriyə addım" və ya manevr cəhdi kimi qiymətləndirilir.

Qeyd olunur ki, Ermənistan hakimiyyəti həm Qərbin dəstəyini saxlamağa, həm də Moskvanın kəskin reaksiyasından qaçmağa çalışır. Xüsusilə Gümrüdəki 102-ci bazanın taleyi ilə bağlı sualdan yayınması Simonyanın Rusiya ilə birbaşa hərbi qarşıdurmadan çəkindiyini göstərir. Bu bəyanat həm də Ermənistan daxilindəki anti-Rusiya qüvvələri tərəfindən narazılıqla qarşılanıb. Ekspertlərin fikrincə, Ermənistanın bu "balanslı" görünməyə çalışan siyasəti əslində regiondakı qeyri-müəyyənliyi daha da artırır. Spikerin müsahibə zamanı nümayiş etdirdiyi aqressiv davranış isə İrəvanın beynəlxalq təzyiqlər qarşısında çətin vəziyyətdə qaldığının sübutu kimi xarakterizə olunur.

Musavat.com

Seçilən
69
musavat.com

1Mənbələr