AZ

Ulu Öndərin xatirəsinə həsr olunan şahmat turniri təşkil edilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 may, AZƏRTAC

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarış iştirakçıların zehni qabiliyyətlərinin inkişafına, qərarqəbuletmə, analitik düşünmə və təşəbbüskarlıq bacarıqlarının formalaşdırılmasına xidmət edib.

Gərgin mübarizə şəraitində keçən və ümumilikdə 8 komandanın iştirak etdiyi yarışda birinci yerə İntellektual qabiliyyətli bölmənin, ikinci yerə Heydər Əliyev adına Hərbi İnstitutun, üçüncü yerə isə Hərbi İdarəetmə İnstitutunun komandası layiq görülüb.

Sonda qaliblər kubok, fəxri fərman və medallarla təltif olunublar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
76
1
azertag.az

3Mənbələr