AZ

Bu gün Ümumdünya Köçəri Quşlar Günüdür

Hər il may və oktyabr aylarının ikinci şənbə günü qeyd olunan bu əlamətdar gün köçəri quşların və onların yaşayış mühitinin qorunmasına diqqəti artırmaq məqsədi daşıyır.

Bu ilin mövzusu - “Hər quş önəmlidir, sizin müşahidəniz dəyərlidir” köçəri quşların sayı, yaşayış arealları və onlara təsir edən amillərlə bağlı məlumatların toplanmasında ictimaiyyətin rolunun vacibliyini vurğulayır. Vətəndaşların etdiyi müşahidələr quşların daha yaxından öyrənilməsinə və onların qorunması istiqamətində tədbirlərin gücləndirilməsinə mühüm töhfə verir.


Köçəri quşların təhlükəsiz miqrasiyası və yaşaması üçün təbii ərazilərin qorunması, su hövzələrinin təmiz saxlanılması və ekoloji tarazlığın təmin olunması xüsusi əhəmiyyət daşıyır. Təbiətin bu zərif və dəyərli canlılarını gələcək nəsillərə ötürmək isə hər birimizin məsuliyyəti və qayğısından asılıdır. 
Seçilən
44
ekologiya.az

1Mənbələr