FİFA bu yay keçiriləcək dünya çempionatı üçün 3 açılış mərasimi təşkil edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "The Atletic" yayıb.
Ali futbol qurumu ABŞ, Kanada və Meksikada baş tutacaq mundialın hər ölkədəki ilk oyunundan əvvəl bir mərasim planlaşdırır.
Hər stadionda yerli sənətçilər çıxış edəcəklər: ABŞ-da Keti Perri, Kanadada Maykl Buble və Meksikada Mana səhnə alacaq.
Qeyd edək ki, DÇ-2026-da tarixdə ilk dəfə 48 milli mübarizə aparacaq. Mundial 11 iyun – 19 iyul aralığında təşkil olunacaq.
Toğrul