AZ

Mingəçevirdə hoteldə yanğın olub - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində hotelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən hotelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb.

Saunanın qalan hissəsi və hotel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.

 

Seçilən
0
28
anews.az

10Mənbələr