AZ

Göygöldə yol qəzası baş verib, iki qardaş xəsarət alıb

GÖYGÖL, 9 may. Teleqraf

Göygöldə yol qəzası baş verib.

Teleqrafın-ın Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ" və "Chevrolet" markalı avtomobillərin toqquşuması nəticəsində 1993-cü il təvəllüdlü Orxan Həsənli və onun qardaşı 1995-ci il təvəllüdlü Tərxan Həsənli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.

Faktla bağlı araşdırna başlanılıb.

Seçilən
63
8
teleqraf.com

10Mənbələr