AZ

Putinin gizli casus məktəbi aşkarlandı

Araşdırmaçılar belə nəticəyə gəliblər ki, Bauman adına Moskva UniversitetindəRusiyanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (ГРУ) gizli hazırlıq mərkəzi fəaliyyət göstərir.“4 nömrəli kafedra” adlanan gizli mərkəzdə Rusiya hərbi kəşfiyyatı üçün kiberdöyüşçü və casuslar hazırlanır.

Burada tələbələrə viruslar yaratmaq, Pentaqonun kompüter şəbəkəsinə daxil olmaq, təbliğat məqsədli videomateriallar hazırlamaq və digər belə bacarıqlar öyrədilir.

1830-ildə yaradılmış Bauman Universiteti Rusiyanın texniki profilli aparıcı ali məktəblərindən biridir. Universitet heç vaxt hərb sənayesi ilə əlaqələrini gizlətməyə çalışmayıb. Buranı bitirən tələbələrin əksəriyyəti sonradan karyeralarını güc və xüsusi xidmət orqanlarında davam etdiriblər.

Araşdırmadadeyilir ki,“4 nömrəli kafedra”nın müəllim və tələbələrini QRU rəhbərliyi birbaşa özü seçir. Kafedraya polkovnik-leytenant Kiril Stupakov rəhbərlik edir. Müəllimlərdən biri Qərbin sanksiyalarının altına düşən Viktor Netikşodur.O, ordu və kəşfiyyat üçün hakerlər yetişdirməklə məşğuldur.

Vüsal Məmmədov
AzVision.az
Seçilən
48
1
azvision.az

2Mənbələr