Bu yaxınlarda Sumqayıtda fəaliyyətə başlayan "Polad 2024" uşaq futbol klubu haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, hazırda AFFA-nın bayrağı altında keçirilən uşaq liqasında iştirak edən komanda növbəti mövsüm fəaliyyət dairəsini genişləndirməyi düşünür.
Bu yaxınlarda kluba vitse prezident təyin olunan Zahir Həsənov bildirib ki, meydança üçün torpaq sahəsi əldə etdikdən və müəyyən infrastruktur qurduqdan sonra U-16 liqasına da komanda buraxmaq istəyirlər. Torpaq sahəsinin alınması üçün isə bir sıra aidiyatı şəxslərə, Milli Məclisin deputatlarına müraciət ünvanlanıb, məktub yazılıb. Əsas hədəf uşaq futbolunun inkişafına töhvə verməkdi.
Qeyd edək ki, Zahir Həsənov həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində iştirak edib, "Horadiz əməliyyatı"nın əsas iştitakçılarından olub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi sərəncamına əsasən, "Azərbaycan bayrağı" ordeni, "Xocavəndin azad olunmasına görə". "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.