AZ

Praqa hava limanında dron insidenti uçuşları pozub

Praqa, 9 may, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada yerləşən Vatslav Havel hava limanında qeyri-qanuni dron uçuşu səbəbindən aviareyslərin hərəkətində ciddi gecikmələr yaranıb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində bir təyyarə Vyanaya yönləndirilib, bir neçə digər reys isə gecikib.

Çexiya polisi dronu idarə etməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü bir şəxsi saxlayıb və uçuş aparatını müsadirə edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə hava təhlükəsizliyi qaydalarının pozulması kimi araşdırılır. Praqa hava limanı ətrafında dron uçuşlarına ciddi məhdudiyyətlər tətbiq olunur və icazəsiz uçuşlar təyyarələrin eniş-qalxış prosesinə təhlükə yarada bilər. Son illərdə Çexiyada bu cür insidentlərin sayı artıb və səlahiyyətlilər nəzarət tədbirlərinin sərtləşdirilməsini müzakirə edir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Seçilən
86
2
azertag.az

3Mənbələr