AZ

Bəhreyndə SEPAH-la əlaqədə şübhəli bilinən 41 nəfəri saxlanılıb

Bəhreyn təhlükəsizlik qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) ilə əlaqədə şübhəli bilinən 41 nəfəri saxlayıb.

Ucnoqta.az bildirir ki, bu barədə Ərəb dövlətinin Daxili İşlər Nazirliyi məlumat verib.

Bəhreyn Xəbər Agentliyinin məlumatına görə, qrup "əməliyyat kəşfiyyatı, təhlükəsizlik hesabatları və Dövlət Prokurorluğu tərəfindən xarici dövlətlər üçün casusluq və İran təcavüzünə dəstək işləri ilə bağlı aparılan əvvəlki araşdırmalar əsasında" müəyyən edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar bu təşkilatın "əsas strukturunun" bir hissəsi olublar.
Qeyd olunub ki, hazırda saxlanılan 41 nəfərə qarşı məhkəmə prosesi davam edir.

Seçilən
16
ucnoqta.az

1Mənbələr