AZ

"Dünyada ABŞ-a münasibət dəyişir: qlobal imic Rusiyadan da aşağı düşüb" - "Reuters"

"Sorğular Vaşinqtona etimadın azaldığını göstərir..."

Yeni beynəlxalq sorğuya görə, dünyada ABŞ-a münasibət son illərdə kəskin şəkildə pisləşib və artıq Rusiyaya olan münasibətdən də mənfidir.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

ABŞ-ın qlobal imicində sürətli eniş

Agentliyin istinad etdiyi "Demokratiya Alyansı" fondunun illik araşdırmasına əsasən, ABŞ həm də dünya üçün təhlükə yaradan ölkələr siyahısında Rusiya ilə eyni sırada göstərilir. Sorğu 98 ölkədə 94 mindən çox insan arasında aparılıb.

Nəticələrə görə, ABŞ-ın qlobal "demokratiya imici" göstəricisi 16 faizə düşüb. İki il əvvəl bu rəqəm +22 faiz olub. idi. Müqayisə üçün: Rusiya - 11 faiz, Çin isə 7 faiz göstərici ilə daha müsbət qiymətləndirilib.

Tramp amilinin təsiri və beynəlxalq gərginlik

Araşdırmaya görə,ABŞ imicindəki eniş əsasən Donald Tramp administrasiyasının son dövrdəki siyasəti ilə əlaqələndirilir. Bunlara ticarət rüsumları, NATO daxilində gərginlik, müttəfiqlərlə mübahisələr, Ukraynaya dəstəyin azaldılması, Qrenlandiya ilə bağlı açıqlamalar və Atlantik təhlükəsizlik sisteminə dair qeyri-müəyyən mesajlar daxildir.

Xüsusilə NATO ilə bağlı debatlar və ABŞ-ın alyansdan mümkün uzaqlaşması barədə siqnallar Avropada ciddi narahatlıq yaradıb. Enerji bazarlarında sabitliyin pozulması da qlobal gərginliyi artıran amillərdən biri kimi göstərilir.

Azalan etimad və Trampın reytinqi

Sorğuya əsasən, ABŞ təkcə imic itkisi ilə yox, həm də prezident Trampa olan dəstəyin azalması ilə üzləşib. Onun reytinqi 34 faizə düşərək cari dövrün ən aşağı göstəricisinə çatıb. Digər ABŞ sorğularında isə respondentlərin 54 faizi Trampın fəaliyyətini dəstəkləmədiyini bildirib.

Ekspertlərin qiymətləndirməsinə görə, ABŞ-ın qlobal liderlik imici ciddi şəkildə sarsılır və bu proses artıq davamlı meylə çevrilir. Sorğunun nəticələri göstərir ki, Vaşinqtona olan etimad azalır, beynəlxalq sistemdə isə güc balansı getdikcə daha mürəkkəb hala gəlir.

Seçilən
16
1
moderator.az

2Mənbələr