AZ

Liverpul Braziliya millisinin üzvünü transfer etmək istəyir

Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Nottingem Forest"in müdafiəçisi Murilyo İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" braziliyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mersisayd təmsilçisi Murilyonu yayda transfer etmək istəyir. Klubu 23 yaşlı mərkəz müdafiəçisini 70 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Nottingem Forest" Murilyonu 2023-cü ilin yayında "Korintians"dan 12 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə "qırmızılar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol vurub.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
sportal.az

3Mənbələr