AZ

Hörmüz boğazında əməliyyat dayandırıldı: Küveyt ABŞ-a öz bazalarından istifadəni qadağan etdi

ABŞ-ın Yaxın Şərqdəki yeni hərbi strategiyası müttəfiqləri arasında ciddi narahatlıq və parçalanma yaradıb.

Musavat.com xəbər verir ki, NBC telekanalının amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı Donald Trampın "Azadlıq layihəsi"nin (Project Freedom) İranı kəskin cavab addımlarına və hücumlara təşvik edəcəyindən ciddi narahatdır. Bu qorxular fonunda Hörmüz boğazının azad edilməsi üzrə planlaşdırılan hərbi əməliyyatın yaxın vaxtlarda bərpa olunmayacağı bildirilir.

Məlumata görə, körfəz ölkələrinin çəkinməsi ABŞ-ın regiondakı manevr imkanlarını məhdudlaşdırıb. Xüsusilə Küveyt rəsmi Vaşinqtona kəskin xəbərdarlıq edərək bildirib ki, Tramp administrasiyası mövcud siyasətini dəyişməyənə qədər ABŞ hərbi qüvvələrinin ölkədəki bazalardan və hava məkanından istifadəsinə icazə verilməyəcək.

Müttəfiqlərin bu çıxışı ABŞ-ın regiondakı əməliyyat qabiliyyətinə ciddi zərbə vurmaqla yanaşı, İranla birbaşa hərbi qarşıdurma riskinin gətirə biləcəyi dağıdıcı nəticələrdən qaçmaq istəyini nümayiş etdirir.

Hazırda Ağ Ev regiondakı tərəfdaşlarını inandırmaq və hərbi planları yenidən nəzərdən keçirmək məcburiyyətində qalıb.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr