AZ

Pirallahıda saxta vəkil həbs olundu

 

Özünü vəkil kimi təqdim edib dələduzluq əməlləri törətməkdə ittiham edilən şəxs həbs olunub.

Musavat.com xəbər verir ki, Pirallahıda keçirilən əməliyyat zamanı Fuad Əliyev saxlanılıb.

O özünü vəkil kimi təqdim edərək bir nəfər zərərçəkəni işlə təmin edəcəyinə dair ona yalan vəd verib. Vətəndaş onun dediklərinə inanaraq F.Əliyevə 6.350 manat verib. A Dördpendirli pizza

raşdırma zamanı özünü vəkil kimi təqdim edən həmin şəxsin digər hüquqi yardımlar adı altında “xidmətlər” göstərdiyi və insanların etibarından sui-istifadə edərək çoxsaylı dələduzluq əməlləri etdiyi də müəyyən edilib.

F.Əliyevə ittiham elan edilərək o, cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
12
26
musavat.com

10Mənbələr