AZ

Daha bir kruiz gəmisində kütləvi yoluxma 100 dən çox sərnişində norovirus aşkarlandı

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"MV Hondias" laynerinin ardınca daha bir iri kruiz gəmisində kütləvi infeksiya yoluxması qeydə alınıb. Belə ki, "Caribbean Princess" ("Karib şahzadəsi" ) adlı kruiz gəmisində 100-dən çox insan norovirusa yoluxub.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.

Qurumun məlumatına görə, 102 sərnişin və 13 heyət üzvü daxil olmaqla ümumilikdə 115 nəfər virusa yoluxub. Laynerin göyərtəsində ümumilikdə 3 mindən çox sərnişin və 1131 əməkdaş var.

CDC bildirib ki, xəstələr əsasən qusma və güclü ishaldan şikayət ediblər. Yoluxan şəxslər kayutlarda təcrid olunub, onlardan tədqiqat aparılması üçün bioloji nümunələr götürülüb.

Layner aprelin 28-də Floridadan yola düşüb və mayın 11-də Kanaveral limanına çatmalıdır. Kruiz zamanı gəmi Dominikan Respublikasında və Baham adalarında dayanacaq edir. Limana qayıtdıqdan sonra layner növbəti reysdən əvvəl tam sanitar dezinfeksiyadan keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl mart ayında da "Princess Cruises" şirkətinə məxsus başqa bir laynerdə də analoji hadisə baş vermiş, həmin vaxt 141 sərnişində və 52 heyət üzvündə norovirus aşkarlanmışdı.

Norovirus çox yoluxucu bir virusdur və əsasən qusma, ishal, qarın ağrısı, ürəkbulanma və bəzən hərarətə səbəb olan mədə-bağırsaq infeksiyası yaradır. Adətən çirklənmiş qida, su, səthlər və ya yoluxmuş şəxslə təmas vasitə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
3
baku.ws

4Mənbələr