AZ

Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıdıb

AĞDAM, 9 may. Teleqraf

Ağdam və Ağcabədi kəndlərini birləşdirən yol sel nəticəsində dağılıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, son günlər bölgədə müşahidə olunan aramsız yağışlar nəticəsində Qarqarçayda suyun səviyyəsi kəskin artıb və güclü sel əmələ gəlib.

Bu səbəbdən Ağdam rayonunun Əfətli kəndi ilə Ağcabədi rayonunun Qiyaməddinli kəndi arasında Qarqarçay üzərində kənd sakinləri tərəfindın salınmış yol uçub.

Hadisə nəticəsində kəndlər arasında nəqliyyat əlaqəsi kəsilib.

Selin ətraf ərazilərə və əkin sahələrinə keçməsinin qarşısı alınıb.

Seçilən
28
teleqraf.com

1Mənbələr