AZ

İsrail ABŞ dan İranın nüvə proqramından imtina etməsinə nail olmağı tələb edir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İsrail ABŞ-dan İranla mümkün razılaşmanın Tehranın nüvə proqramından tam imtinasını nəzərdə tutmasını tələb edir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona bildirib ki, “nüvə proqramının ləğvini nəzərdə tutmayan hər hansı razılaşma kifayət etməyəcək”.

Bildirilib ki, İsrail tərəfi ABŞ-la İran ərazisində enerji obyektlərinə mümkün zərbələr də daxil olmaqla, potensial eskalasiya ssenarilərini müzakirə edib. Mənbələrin iddiasına əsasən, İsrail Vaşinqtonu danışıqlar prosesinin uzadılmasının qarşısını almağa çağırır.

Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla qarşılıqlı iki həftəlik atəşkəs elan edib.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsalar da, tərəflər uzunmüddətli nizamlanma ilə bağlı bir sıra ziddiyyətlər səbəbindən razılığa gələ bilməyiblər.

Aprelin 21-də Donald Tramp İranla atəşkəs rejiminin uzadılması niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə isə Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
bizimyol.info

1Mənbələr