AZ

Türkiyə COP ilə bağlı qəbul olunmuş 80 dən çox qərarın hamısına diqqət göstərir

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"COP ilə bağlı Braziliyada və Azərbaycanda keçirilən toplantılarda qəbul olunmuş 80-dən çox qərarın hamısını izlədik".

Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı bildirir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin birgə Hatayda təşkil etdiyi media ilə görüşdə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum belə deyib.

"Bu qərarlara uyğun addımlar atacağıq. Eyni zamanda, qərarların icrası və tətbiqi istiqamətində fəaliyyət göstərəcəyimizi bütün dünya ilə paylaşdıq. Bütün COP sədrləri ilə bu məsələlər ətrafında fikir mübadiləsi apardıq və ortaq qərarlar qəbul etdik. Ölkəmiz Yol xəritəsi və enerji ilə bağlı çox önəmli qərarlar qəbul etdi" - nazir əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
sherg.az

2Mənbələr