AZ

Əməkdar artistin arxiv görüntüsü YAYILDI - VİDEO

Azərbaycanın sevilən sənətkarı, əməkdar artist Aybəniz Haşımovanın illər öncəyə aid nadir ifaları yenidən gündəmə gəlib.

News365.az xəbər verir ki, müğənninin gənclik dövründəki səhnə çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sözügedən görüntülər "Xəzər Axşamı" verilişində nümayiş etdirilib. Proqram zamanı sənətkarın arxiv ifaları təqdim olunaraq onun yaradıcılıq yoluna qısa nəzər salınıb.

Bildirək ki, Aybəniz Haşımova özünəməxsus səsi və ifa üslubu ilə Azərbaycan musiqi mədəniyyətində seçilən sənətkarlardandır biridir. Onun gənclik illərinə aid bu kadrlar izləyicilərdə nostalji hisslər yaradıb və sosial şəbəkələrdə də maraqla qarşılanıb.


Seçilən
3
1
news365.az

2Mənbələr