Moskva və Kiyev arasında atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı razılığın əldə olunmasından əvvəl Rusiya və ABŞ administrasiyaları arasında iki günlük telefon danışıqları aparılıb.
Musavat.com "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Biz iki gün ərzində bu mövzuda telefon vasitəsilə danışıqlar apardıq. Rusiya və Amerika administrasiyalarının nümayəndələri bu prosesdə iştirak ediblər", - deyə Uşakov qeyd edib.
Bundan əlavə, Uşakov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna tərəfi ilə təmaslara, o cümlədən bu ölkənin lideri Volodimir Zelenski ilə mümkün görüşə hazır olduğunu dəfələrlə bəyan edib.
Rusiya liderinin köməkçisi rəsmi Moskvanın mövqeyini bu sözlərlə vurğulayıb: "Prezidentimiz bir neçə dəfə cavab verib ki, əgər o (Zelenski) istəyirsə, buyursun, Moskvaya zəng vursun. Biz qəbul etməyə, danışıqlar aparmağa hazırıq. Qoy zəng vursun".
Musavat.com