AZ

Qırmızı dəniz və Hörmüzdə hərbi aktivlik artır: Böyük Britaniyanın esminesi əməliyyata qoşulur

Böyük Britaniya “HMS Dragon” esminesini Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq missiyaya cəlb etməyə hazırlaşır.

Oxu.Az xəbər verir ki, bu barədə “Sky News” Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, martın 10-da “HMS Dragon” esminesi İngiltərənin Portsmut limanından yola düşərək Britaniyanın Akrotiri aviabazasının təhlükəsizliyini gücləndirmək üçün Şərqi Aralıq dənizinə göndərilib. Martın 2-də həmin baza pilotsuz uçuş aparatı hücumu nəticəsində zərər görmüşdü.

Britaniya hakimiyyəti bildirib ki, dron Livan və ya İraq ərazisindən buraxılıb. “HMS Dragon” martın 23-də Şərqi Aralıq dənizinə çatıb.

“Sky News”un məlumatına əsasən, hazırda gəmi Şərqi Aralıq dənizindən Yaxın Şərq istiqamətinə yönləndirilir. Böyük Britaniyanın Müdafiə Nazirliyi qeyd edib ki, Hörmüz boğazında mümkün missiyada iştirak tamamilə müdafiə xarakteri daşıyacaq və kommersiya gəmilərinin təhlükəsiz keçidinin təmin olunmasına xidmət edəcək.

Bildirilir ki, aprelin sonunda London yaxınlığındakı Nortvud hərbi qərargahında Hörmüz boğazının blokadadan çıxarılması məsələsinə həsr olunmuş konfrans keçirilib. Tədbirdə təxminən 30 ölkənin hərbi mütəxəssisi iştirak edib.

Hörmüz boğazında çoxmillətli hərbi-dəniz missiyasının yaradılması ilə bağlı beynəlxalq səylərin Böyük Britaniya və Fransa tərəfindən koordinasiya olunduğu vurğulanıb.

Qeyd edək ki, mayın 7-də Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı Qırmızı dənizə daxil olub.

Seçilən
59
7
editor.az

10Mənbələr