Göygöldə tanışını qətlə yetirməkdə təqsirləndirilən Xəyal Mənsimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2024-cü il oktyabr ayında Göygöl rayonunda baş verib. Təqsirləndirilən Xəyal Mənsimov tanışı Asif Eminovu bıçaqlayaraq qətlə yetirib. Xəyal Mənsimov qətli törətdikdən sonra polisə təslim olub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.