AZ

Böyük Britaniya Hörmüz boğazına esmines göndərib

Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş mümkün beynəlxalq missiyada “HMS Dragon” esminesinin iştirakına hazır olduğunu bildirib.Bu barədə “Sky News” Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, “HMS Dragon” martın 10-da İngiltərənin Portsmut şəhərindən yola düşərək Şərqi Aralıq dənizinə göndərilib. Gəminin əsas məqsədi Akrotiridə yerləşən Britaniya aviabazasının təhlükəsizliyini gücləndirmək olub.

Britaniya tərəfinin məlumatına görə, martın 2-də aviabaza dron hücumuna məruz qalıb. London hücumda istifadə olunan pilotsuz uçuş aparatının Livan və ya İraq ərazisindən buraxıldığını ehtimal edir. “HMS Dragon” martın 23-də Şərqi Aralıq dənizinə çatıb.

“Sky News”un məlumatına əsasən, esmines hazırda Yaxın Şərq istiqamətinə hərəkət edir. Böyük Britaniya Müdafiə Nazirliyi vurğulayıb ki, Hörmüz boğazında mümkün iştirak “tamamilə müdafiə xarakteri” daşıyacaq və əsas məqsəd ticarət gəmilərinin tranzit təhlükəsizliyinə inamı artırmaqdır.

Seçilən
39
5
anews.az

9Mənbələr