AZ

Molla Tacmir nədən üzünü gizlədir? – “Taliban”ın mübhəm kəşfiyyatçısı

Avropa ölkələrinin kəşfiyyat orqanları Əfqanıstanın yüksək rütbəli kəşfiyyat zabitlərindən biri olan molla Tacmir Cavadı fəal şəkildə təqib edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, T.Cavad bir neçə terror hücumunda iştirak etməkdə və İŞİD-in Əfqanıstan qolu olan “Vilayət Xorasan” terror təşkilatı ilə əlaqədə şübhəli bilinir. Lakin indiyə qədər “Taliban”ın kəşfiyyat agentliyi avropalı həmkarlarını aldatmağı, hətta rəhbərinin orijinal şəklini gizlətməyi bacarıb.

Məlumata görə, bir müddət əvvəl Avropa kəşfiyyat agentliyi Əfqanıstanın kəşfiyyat idarəsi ilə əlaqə saxlayaraq belə bir sual verib: "Əgər Tacmir Cavad qanuni bir şəxsdirsə, niyə onu Usama bin Laden kimi gizlədirsiniz?"

Avropanın kəşfiyyat zabitləri molla Tacmirin yüksək keyfiyyətli fotosu ilə maraqlanırlar. İndiyə qədər sosial mediada onun daha çox Leninin karikaturasına bənzəyən fotosu yayılır).

T.Cavad digər məsələlərlə yanaşı, Əfqanıstanda yerləşən müxtəlif cihadçı təşkilatlarla qarşılıqlı əlaqələrə nəzarət edir. Bu qruplar Əfqanıstanın sərhədlərindən kənarda, o cümlədən Avropada terror hücumları planlaşdırırlar, buna görə də Avropa casus agentliklərinin molla Tacmirə olan marağı anlaşılandır.

Bildirilir ki, Avropa ölkələrinin kəşfiyyat strukturlarının yuxarıda qeyd olunan sorğusuna cavab olaraq, avropalılara Əfqanıstanın şərqindəki Xost əyalətinin qubernator ofisinin rəhbəri Məhəmməd Saberinin fotoşəklini göndəriblər.

"Taliban” kəşfiyyatının bu məsələdə hər kəsə yalan sırıdığı əbəs deyil. “Taliblər” bilirlər ki, üzdən tanınan kəşfiyyat şefi mütləq başqa ölkələrin kəşfiyyat orqanlarının hədəfi halına gələcək.

Musavat.com

Seçilən
1
1
musavat.com

2Mənbələr