AZ

Mers Peter Madyarı Macarıstanın baş naziri seçilməsi münasibətilə təbrik edib

ain.az, Bizimyol saytına istinadən bildirir.

Almaniya kansleri Fridrix Mers Macarıstanın baş naziri vəzifəsinə seçilən Peter Madyarin ünvanına təbrik məktubu göndərib.

Bizimyol.info xəbər verir ki, təbrik mətnini Almaniya hökumətinin mətbuat xidməti yayıb.

“Almaniya və Macarıstan bir çox sahələrdə bir-biri ilə sıx bağlıdır və Avropa İttifaqı ilə NATO çərçivəsində tərəfdaş ölkələrdir. Ölkələrimizin rifahı naminə bu əlaqələri sizinlə birlikdə daha da fəallaşdırmaq və genişləndirməkdən məmnun olacağam”, – deyə Mers bildirib.

Kansler həmçinin Macarıstanın yeni baş naziri ilə Berlində şəxsi görüş keçirməkdən məmnun olacağını qeyd edib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr