Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, "Leyptsiq" komandası doğma meydanda "Sankt-Pauli" klubunu qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
9 may
"Leyptsiq" - "Sankt-Pauli" - 2:1
Qollar: K.Şlager, V.Orban // A.Sesay
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 65-ə çatdıran "Leyptsiq" turnir cədvəlində 3-cü pillədəki yerini möhkəmlədib və mövsümün bitməsinə bir tur qalmış Bundesliqanın bürünc medallarını qazanmağı zəmanətləyib. Aktivində 26 xalı olan "Sankt-Pauli" isə 17-ci sırada qərarlaşıb.