AZ

"Mançester Yunayted" "Sanderlend"lə heç-heçə etdi

İngiltərə Premyer Liqasının 36-cı turunda "Sanderlend" və "Mançester Yunayted" komandaları arasında keçirilən oyun qolsuz heç-heçə ilə başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, qarşılaşma Sanderlenddə yerləşən "Stadium of Light" arenasında keçirilib.

Oyunun baş hakimi Stüart Attvell olub.

Matçın yekununda tərəflər hesabı aça bilməyiblər - 0:0.

Bu nəticədən sonra "Sanderlend" 48 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. "Mançester Yunayted" isə 65 xalla üçüncü sırada yer alır.

Növbəti turda "qara pişiklər" mayın 17-də səfərdə "Everton"la qarşılaşacaq. "Qırmızı şeytanlar" isə həmin gün öz meydanında "Nottingem Forest"u qəbul edəcək.

"Cebheinfo.az"

Seçilən
10
1
cebheinfo.az

3Mənbələr