İngiltərə Premyer Liqasının 36-cı turunda "Sanderlend" və "Mançester Yunayted" komandaları arasında keçirilən oyun qolsuz heç-heçə ilə başa çatıb.
"Cebheinfo.az" xəbər verir ki, qarşılaşma Sanderlenddə yerləşən "Stadium of Light" arenasında keçirilib.
Oyunun baş hakimi Stüart Attvell olub.
Matçın yekununda tərəflər hesabı aça bilməyiblər - 0:0.
Bu nəticədən sonra "Sanderlend" 48 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. "Mançester Yunayted" isə 65 xalla üçüncü sırada yer alır.
Növbəti turda "qara pişiklər" mayın 17-də səfərdə "Everton"la qarşılaşacaq. "Qırmızı şeytanlar" isə həmin gün öz meydanında "Nottingem Forest"u qəbul edəcək.
"Cebheinfo.az"