AZ

ABŞ Hörmüz boğazında 58 ticarət gəmisinin istiqamətini dəyişdirib

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Hörmüz boğazında blokada başlayandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına doğru gedən və ya oradan çıxan 58 ticarət gəmisini ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında paylaşdığı məlumatda deyilir.

"ABŞ Hərbi Dəniz Qüvvələri İranın blokadasını tam şəkildə təmin etməyə davam edir. Bu günə qədər CENTCOM qüvvələri gəmilərin İran limanlarına daxil olmasının və ya oradan çıxmasının qarşısını almaq üçün 58 ticarət gəmisinin istiqamətini dəyişdirib və dörd gəmini sıradan çıxarıb", - məlumatda bildirilir.

Ötən gün CENTCOM hərbi blokada dövründə ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarından çıxan və ya oranı tərk edən İslam Respublikası ilə əlaqəli 70-dən çox neft tankerini ələ keçirdiyini açıqlayıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, sonradan Ağ Ev rəhbəri Donald Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Uzun sürən müzakirələrdən sonra tərəflər razılığa gələ bilməyiblər.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün bağlandığını bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
azpolitika.info

5Mənbələr