AZ

Evlilik ildönümündə Prezidentdən evinin açarını aldı

Ajans.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib. Daha sonra sakinlərə mənzillərinin açarları təqdim olunub. Sakin Seyidalıyev İlqar Səməd oğlu dövlətimizin başçısına bildirib ki, 34 il əvvəl bu gün Şükürbəyli kəndində toyu olub: İlqar Seyidalıyev: Cənab Prezident, çox sağ olun, çox var olun ki, bu gün burada iştirak edirsiniz. Bizim ən əlamətdar günlərimizdən biridir. Yoldaşım da buradadır, bu gün bizim toy günümüzdür. Prezident İlham Əliyev: Təbrik edirəm! İlqar Seyidalıyev: 34 il əvvəl bu kənddə, - ikinci ev mənim atamın evidir, - orada çadır qurub toy etmişik. Mən fəxr edirəm ki, Siz bizim toy günümüzdə Mehriban xanımla birgə iştirak etmisiniz. Prezident İlham Əliyev: Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz. İlqar Seyidalıyev: Çox sağ olun, çox var olun! Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun. Neçənci ildə evlənmisiniz? İlqar Seyidalıyev: 1992-ci ildə. Mehriban Əliyeva: Təbrik edirəm sizi. İlqar Seyidalıyev: Çox sağ olun. Prezident İlham Əliyev: 1992-ci ildə, işğala bir il qalmış. İlqar Seyidalıyev: Bəli. Prezident İlham Əliyev: Sonra haraya köçdünüz işğal dövründə? İlqar Seyidalıyev: Mən bu zastavanın rəisi idim, öz kəndimizdə hərbçi idim. İşğaldan sonra da xidmətə davam etdim. Prezident İlham Əliyev: Bəs işğal dövründə harada məskunlaşmışdınız? İlqar Seyidalıyev: Ailəm İmişlidə, mən də döyüşlərdə. Babayev Mayis Allahverdi oğlu. Mayis Babayev: Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Seçilən
0
6
Ajans.az

8Mənbələr