AZ

"Xarakter göstərdik və qələbə qazandıq" - Veliçko Kaplanoviç

style='margin-bottom:10px;'>

"Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç Misli Premyer Liqasının 31-ci turunda "Araz-Naxçıvan"a qalib gəldikləri matçdan (2:1) sonra oyun barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, məşqçi son saniyələrdə vurulan qolla əldə edilən dramatik qələbəyə görə futbolçuları və azarkeşləri təbrik edib. O, matçın ikinci hissəsindəki çətinliklərə rəğmən komandasının nümayiş etdirdiyi xarakteri yüksək qiymətləndirib:

“İlk növbədə oyunçularımızı və azarkeşlərimizi təbrik edirəm. Maksiumum istək göstərdik və qələbə qazandıq. İlk hissədə yaxşı çıxış etdik. Lakin ikinci hissədə rəqib üstünlüyü ələ aldı. Sevinirəm ki, son saniyələrədək xarakter göstərdik və qələbə qolunu vura bildik”.

Mütəxəssis fasilədən sonra təşəbbüsün rəqibə keçməsi səbəblərinə aydınlıq gətirib:

"Araz-Naxçıvan" həqiqətən də keyfiyyətli komandadır. Fərdi cəhətdən çox yaxşı oyunçulara sahibdirlər. Ən böyük problemimiz o idi ki, tez-tez ötürmə səhvlərinə yol verirdik. Məhz bu səbəbdən də meydanda üstünlük rəqibin tərəfinə keçirdi".

Seçilən
33
6
teleqraf.com

8Mənbələr