Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.
Publika.az xəbər verir ki, turun qalibi "Antalyaspor"u məğlub edən "Qalatasaray" klubu olub.
Belə ki, matçda "sarı-qırmızılılar" 4:2 hesablı qələbə qazanıb. Bununla da klub mövsümün bitməsinə bir həftə qalmış çempionluğu təmin edib.
Beləliklə, komanda 26-cı dəfə Türkiyə çempionu olub.