AZ

Azərbaycan Türkiyənin COP31 sədrliyi ilə bağlı Hatay Bəyannaməsini dəstəkləyib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Hatay şəhərində keçirilmiş “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə iştirak edib.

Aznews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir çərçivəsində panel müzakirələr, yüksək səviyyəli sessiya və nazirlərin dəyirmi masa görüşü keçirilib.

COP31-ə ev sahibliyi kontekstində təşkil olunan tədbirdə müxtəlif ölkələri təmsil edən nazirlər, nazir müavinləri və beynəlxalq təşkilatların rəhbərləri iştirak edib, “dayanıqlı şəhərlər” mövzusu üzrə iqlim dəyişmələrinə və təbii fəlakətlərə davamlı şəhərsalma məsələləri müzakirə edilib.

Nazir müavini Yalçın Rəfiyev yüksək səviyyəli sessiyada çıxış edərək tədbirin 3 il əvvəl dağıdıcı zəlzələyə məruz qalmış, ancaq Türkiyə hökumətinin səyləri nəticəsində qısa müddətdə bərpa edilmiş Hatay şəhərində keçirilməsinin xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayaraq bu nümunəvi təcrübənin müasir, iqlim dəyişmələrinə və təbii fəlakətlərə davamlı şəhərsalma modelinin praktik tətbiqini nümayiş etdirdiyini bildirib.

Seçilən
2
16
aznews.az

10Mənbələr