AZ

Bank kartlarının istifadəsində harada səhvə yol verərək dələduzların qurbanı oluruq? - VİDEO

İlin əvvəlindən bu günə qədər kart fırıldaqçılığı ilə bağlı rəqəmlər ciddi narahatlıq doğurur.

 

Mərkəzi Bankın açıqladığı statistikaya görə, 2026-cı ilin birinci rübündə ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının dəyəri 1 milyon 350 min 492 manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,13 dəfə çoxdur.

 

Mütəxəssislər hesab edirlər ki, artımın əsas səbəblərindən biri vətəndaşların diqqətsiz davranışlarıdır.

 

 İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, bəzi hallarda kart sahibləri şəxsi məlumatlarını üçüncü şəxslərlə bölüşərək özləri risk yaradırlar.

 

 Kibertəhlükəsizlik üzrə mütəxəssislər də bildirirlər ki, son dövrlər sosial şəbəkələr və mesajlaşma tətbiqləri üzərindən yayılan saxta linklər və reklamlar fırıldaqçılıq halları vətəndaşların kartına müdaxilə hallarına səbəb olur. İstifadəçilər linklərə daxil olduqda və şəxsi məlumatlarını qeyd etdikdə kart məlumatları ələ keçirilir.

 

 Eyni zamanda ödəniş kartları ilə ölkəxarici əməliyyatlarda da artım qeydə alınıb. Hesabat dövründə xaricdə həyata keçirilən fırıldaqçılıq əməliyyatlarının dəyəri 325 min 335 manat olub. bu isə illik müqayisədə 73 faizdən çox artım deməkdir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 9 May 2026, 23:59   
Seçilən
30
pravda.az

1Mənbələr