İtaliya A seriyasında 36-cı tur davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun günündə 3 matç keçirilib və hamısında qonaqlar qalib gəlib.
“Udineze” “Kalyari”dən, “İnter” “Latsio”dan, “Yuventus” isə “Leççe”dən üstün olub.
“Kalyari” - “Udineze” - 0:2
Qollar: Buksa, 56, Queye, 90+6
“Latsio” - “İnter” - 0:3
Qollar: Martinez, 6, Suçiç, 39, Mxitaryan, 79
“Leççe” - “Yuventus” - 0:1
Qol: Vlahoviç, 1
Bu nəticələrdən sonra ötən tur çempionluğu rəsmiləşdirən “İnter” 85 xalla zirvədədir. Xallarının sayını 68-ə çatdıran “Yuventus” üçüncü pilləyə yüksəlib. “Latsio” 51 xalla 8-ci, “Udineze” 50 xalla 9-cu, “Kalyari” 37 xalla 15-ci, “Leççe” isə 32 xalla 17-ci pillədə qərarlaşıb.