AZ

Kruiz gəmisində yeni virus yayılıb: 100-dən çox insan yoluxdu

"Caribbean Princess" kruiz laynerində 100-dən çox şəxsdə norovirus aşkarlanıb.

Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.

Qurumun açıqlamasına görə, ümumilikdə 115 nəfər virusa yoluxub. Onlardan 102-si sərnişin, 13-ü isə ekipaj üzvüdür. Gəmidə ümumilikdə 3 mindən çox sərnişin və 1131 əməkdaşın olduğu bildirilib.

CDC qeyd edib ki, xəstələr əsasən qusma və güclü ishaldan şikayət ediblər. Yoluxmuş şəxslər kayutlarda təcrid olunub və onlardan laborator müayinələr üçün bioloji nümunələr götürülüb.

Layner aprelin 28-də Florida ştatından yola düşüb və mayın 11-də Kanaveral limanına çatmalıdır. Kruiz müddətində gəmi Dominikan Respublikası və Baham adalarında dayanır.

Məlumata görə, limana qayıtdıqdan sonra layner növbəti reysdən əvvəl tam sanitar emaldan keçiriləcək.

CDC bildirib ki, bu, 2026-cı ilin əvvəlindən ABŞ kruiz gəmilərində qeydə alınan dördüncü mədə-bağırsaq xəstəliyi yayılması halıdır.

Qeyd edək ki, mart ayında "Princess Cruises" şirkətinə məxsus başqa bir kruiz gəmisində də oxşar hadisə baş vermişdi. Həmin vaxt 141 sərnişində və 52 ekipaj üzvündə norovirus aşkarlanmışdı.\\Bakupost.az 

Seçilən
78
musavat.com

1Mənbələr