AZ

Nasistlər Krivoy Roqda insanları öz məzarlarını qazmağa məcbur edirmiş - ARXİV - FOTO

İkinci Dünya müharibəsi illərində Krivoy Roqda alman işğalçı qüvvələri insanları edam etməzdən əvvəl öz məzarlarını qazmağa məcbur edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) “Müddətsiz” layihəsi çərçivəsində məxfilikdən çıxarılan Mərkəzi arxiv sənədlərində yer alıb.
 

Sənədlərdə qeyd olunur ki, nasist işğalçıları dinc sakinləri və əsirləri əvvəlcədən məzar qazmağa məcbur edir, daha sonra isə onları həmin yerdəcə güllələyirdilər.


Arxiv materiallarında işğal dövründə Krivoy Roqda həyata keçirilən kütləvi repressiyalar və edamlarla bağlı digər faktların da yer aldığı bildirilir.



Bizim.Media

Seçilən
27
1
bizim.media

2Mənbələr