Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.
Aznews,.az xəbər verir ki, bu ölkəyə 16 vaqon (986 ton) dizel yanacağı göndərilib.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton "Aİ-92" benzini və 2955 ton "Aİ-95" benzini ixrac olunub.
Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.